ABŞ-da qasırğa və daşqın ciddi problemlərə yol açıb
ABŞ-nın bəzi ştatlarına təsir edən şiddətli qasırğa və daşqınlar nəticəsində 16 nəfər həyatını itirib. Qasırğalar və daşqınlar ABŞ-nın qərbində və cənubundakı bəzi ştatlarda təsirli olub.
ABŞ Milli Hava Xidmətindən verilən açıqlamada, Alabama, Missisipi, Kentukki və Tennessi kimi müxtəlif əyalətlərə təsir edən qasırğalar səbəbilə bu əyalətlərin bir çox bölgəsində daşqınların ciddi səviyyəyə çatmasının gözlənildiyi bildirilib.
Yerli hakimiyyət orqanları ölkənin orta qərbində və cənubunda bu ştatlarda qasırğa və daşqın xəbərdarlığının verildiyini, daşqınlar nəticəsində həyatını itirənlərin sayının 16-ya yüksəldiyini qeyd edib.
Bildirilir ki, Kentukki ştatında yollar yıxılan ağaclar, sel suları və qaya sürüşmələri səbəbindən yararsız hala düşüb. Bildirilib ki, bu ştatın şimalındakı bir qəsəbədə 2 min nəfər təxliyə edilib.
Digər tərəfdən, FlightAware.com saytının məlumatına görə, ABŞ-na gedən və gələn 521 reys ləğv edilib, 6400-dən çox reys təxirə salınıb.
Dominikanda əyləncə məkanının damının...
Avstriya rəqəmsal mesajlaşma...
Dünyanın ən kosmopolit şəhəri...
Filippində Kanlaon vulkanı püskürüb...
İzmit körfəzində neft tankerində yanğın...