17 aprel 2025, cümə axşamı Bakı, 13°C
IMG-LOGO

Azərbaycanda deflimpiyanın inkişafı müzakirə edilib
 

08-04-2025
IMG

Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Karlar İdman Komitəsinin (ICSD) prezidenti Adam Kosa və Avropa Karlar İdman Təşkilatının (EDSO) prezidenti Losif Stavrakakis ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüş zamanı ölkəmizdə deflimpiyanın inkişafı müzakirə edilib.

Eləcə də, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Paylaş: