17 aprel 2025, cümə axşamı Bakı, 11°C
IMG-LOGO

Ötən il Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi 6 faizədək artıb

08-04-2025
IMG

Media Təhlil Mərkəzinin (MTM) Mərkəzi Bankın açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlil göstərir ki, son 5 ildə Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi sürətlə artır.

Fhnews.az Media Təhlil Mərkəzinin hazırladığı məlumata istinadən xəbər verir ki, ümumilikdə son 5 ildə Azərbaycan iqtisadiyyatına 29,3 milyard dollar (29 milyard 303 milyon 112 min 477 dollar) birbaşa xarici investisiya cəlb olunub.

Rəsmi rəqəmlərə əsasən, son 5 ilin ən yüksək göstəricisi 2024-cü ildə qeydə alınıb. Daha dəqiq desək, 2024-cü ildə ölkə iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyanın həcmi 7,05 milyard dollar (7 milyard 46 milyon 217 min 257 dollar) təşkil edib. Bu da əvvəlki ilə nisbətən 5,8 faiz və ya 0,39 milyard dollar (388 milyon 149 min 253 dollar) daha çox deməkdir. 2023-cü ildə isə bu məbləğ 6,66 milyard dollara (6 milyard 658 milyon 68 min 3 dollar) bərabər olub.

Paylaş: