Ötən üç ayda 84,7 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-mart aylarında 84,7 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 27,2 min şəxs münasib işlərlə təmin olunub, 1195 şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına, 1221 işsiz şəxs isə peşə hazırlığı kurslarına cəlb edilib.
Həmin dövrdə Agentlik tərəfindən 55,1 min şəxsə peşəyönümü xidmətlər göstərilib.
FHN-in Muğan Regional Mərkəzi Nazirliyin...
Azərbaycan Prokurorluğu ilə BMT-nin...
İsraillə Azərbaycan arasında səhiyyə...
Sığınacaq və Sosial Reabilitasiya...
AQTA ilə Moldovanın Milli Qida...