15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Ombudsmanın Çağrı mərkəzinə bu ilin ilk rübü üzrə ümumilikdə 2468 zəng daxil olub

11-04-2025
IMG

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) “916” Çağrı mərkəzinə 2025-ci ilin yanvar, fevral və mart ayları üzrə ümumilikdə 2468 zəng daxil olub.

Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, cari müddət ərzində Çağrı mərkəzinə edilən müraciətlər əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (526), Daxili İşlər Nazirliyi (487) və Ədliyyə Nazirliyinin (329) səlahiyyətlərinə aid olan məsələlərdir. Siyahıya yerli icra hakimiyyəti orqanları (108), Elm və Təhsil Nazirliyi (105) və diaqram üzrə təqdim olunan digər dövlət qurumları daxildir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə müraciətlərin əsas mövzuları ünvanlı dövlət sosial yardımının verilməsi, əlilliyin müəyyən edilməsi, məşğulluq, əmək mübahisələri, pensiya məsələləri və müavinətlərlə bağlı olub.

Daxili İşlər Nazirliyi üzrə müraciətlərin əsas mövzuları həmin orqan tərəfindən ehtimal olunan qeyri-obyektiv təhqiqat və istintaq araşdırmaları, dövlət yol polisinin fəaliyyəti və digər məsələlər, Ədliyyə Nazirliyi üzrə müraciətlərin əsas mövzuları isə məhkəmə qərarının icra olunmaması, qanunsuz saxlama ehtimalı, başçəkmə, müəssisələrdə görüş hüququ, saxlanma şəraiti, aliment və digər məsələlər olub.

Uşaq zorakılığı, cinsi zorakılıq, məişət zorakılığı, evlərin qanunsuz sökülməsi, bank-kredit məsələləri, ayrı-seçkilik ehtimalı, qəzalı vəziyyətdə ev və ya mənzil, korrupsiya ehtimalı ilə bağlı müraciətlər də statistikaya daxil edilib.

Cari müddətdə, həmçinin əfv məsələləri, qəyyumluq, himayə məsələləri, məhkəmə qərarının verilməməsi, aqrar məsələlər kimi mövzular üzrə də müraciətlər qeydə alınıb.

Paylaş: