15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

“Titanik” gəmisini batıran dəliklər

10-04-2025
IMG

Atlantik okeanında batan və 1517 nəfərin ölümünə səbəb olan "Titanik"in aysberqə çox yüngül dəydiyi, ancaq gövdəsində A4 kağızı ölçüsündə olan dəliklər səbəbindən batdığı məlum olub.

Xatırladaq ki, Britaniya sərnişin gəmisi “Titanik” 15 aprel 1912-ci ildə ABŞ-na gedərkən Atlantik Okeanının şimalında batıb və göyərtəsində olan 2224 nəfərdən 1517-si boğularaq ölüb. İndiyə qədər dünya “Titanik”in sadəcə okeanda gizli aysberqə dəydiyi üçün batdığını düşünürdü. Başqa sözlə, fəlakətin toqquşma ilə baş verdiyi düşünülürdü. Lakin dərin dəniz xəritəçəkmə şirkəti “Magellan”ın şəkillərindən istifadə edilməklə yaradılan “Titanik” qalıqlarının 3D surətinin yeni rəqəmsal skanı əsl səbəbin dəliklər olduğunu ortaya qoyub.

Rəqəmsal skan və simulyasiyaya görə, 1912-ci il aprelin 15-də səhər saatlarında “Titanik” okeanda cəmi altı saniyə ərzində aysberqlə toqquşub. Tədqiqata rəhbərlik edən və BBC-yə danışan London Universitetinin alimi Jeom-Kee Paikin sözlərinə görə, “Titanik” aysberqə yalnız bir qədər dəyib. Lakin bu zərbədən sonra gəminin bütün gövdəsində A4 kağızı ölçüsündə dəliklər (kəsmələr) əmələ gəlir. Nyukasl Universitetinin dəniz memarı Saymon Bensonun dediyinə görə, okean suyu yavaş-yavaş, lakin əminliklə bu dəliklərdən daxil olub və “Titanik” 2 saat 40 dəqiqə ərzində batıb. Titanik okeanın dibinə dəyəndə ikiyə bölünüb.

Okeanın dibindən əldə edilən şəkillərdən yaradılmış “Titanik”in surətinin rəqəmsal skan edilməsi ilə yeni məlumatlar əldə edilib. Bu görüntülərlə nüsxəsi yaradılan “Titanik”in qalıqlarının su altında sürətlə xarab olduğu və 40 il ərzində tamamilə məhv ediləcəyi bildirilib. Okeanın dibində ikiyə bölünən gəmidəki sərnişinlərin əşyaları hələ də dağıntılar altındadır.

Paylaş: