Azərbaycan cüdoçuları Çexiyada beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər
Azərbaycanın yeniyetmə cüdoçulardan ibarət milli komandasının üzvləri Çexiyanın Teplitse şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıblar.
Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşan təlim düşərgəsi iki günü əhatə edib.
Hazırlıq prosesində yeniyetmə oğlanlardan ibarət milli komandaya baş məşqçi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmaya baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edib.
Təlim-məşq toplanışı aprelin 12-13-də Gürcüstanın paytaxtı Tbilisidə və mayın 3-4-də Qubada keçiriləcək yeniyetmələr arasında Avropa Kuboku turnirlərinə hazırlıq məqsədi daşıyıb.
Minifutbol Federasiyasının prezidenti:...
Azərbaycan üzgüçüləri Çexiyadakı...
Qəbələ-Xankəndi ultramarafonunun qalibi:...
Formula 1 Azərbaycan Qran-Prisi üçün...
Fərid Qayıbov: Ultramarafonun yüksək...