Avropa çempionatı: Azərbaycan güləşçisi ermənistanlı rəqibinə qalib gələrək finala yüksəlib
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında finala yüksəlib.
Fhnews.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Manvel Xaçatryana (Ermənistan) 5:1 hesabı ilə qalib gələrək adını həlledici mərhələyə yazdırıb. O, bu raundda Emin Seferşayevlə (UWW) üz-üzə gələcək.
Yarımfinalda məğlub olan Murad Məmmədov (63 kiloqram) və İslam Abbasov (87 kiloqram) isə aprelin 12-də bürünc medal uğrunda qüvvəsini sınayacaq. Beka Kandelaki (130 kiloqram) isə təsəlliverici görüşdə David Ovasapyanla (Ermənistan) güləşəcək.
Bu gün, həmçinin Jalə Əliyeva (57 kiloqram) bürünc medal uğrunda qarşılaşmada finlandiyalı Cenna Hemyae ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kiloqram) qızıl, Osman Nurməhəmmədov (92 kiloqram) gümüş, İslam Bazarqanov (57 kiloqram), Əli Rəhimzadə (65 kiloqram) və Kənan Heybətov (70 kiloqram) bürünc mükafata sahib çıxıblar.
Avropa çempionatına aprelin 13-də yekun vurulacaq.
Minifutbol Federasiyasının prezidenti:...
Azərbaycan üzgüçüləri Çexiyadakı...
Qəbələ-Xankəndi ultramarafonunun qalibi:...
Formula 1 Azərbaycan Qran-Prisi üçün...
Fərid Qayıbov: Ultramarafonun yüksək...