15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Ankarada kömür şaxtasında qəza nəticəsində 13 nəfər yaralanıb

10-04-2025
IMG

Ankara vilayətindəki kömür şaxtalarından süxur qatlarının çökməsi nəticəsində 13 nəfərin yaralandığı bildirilir.

Fhnews.az xəbər verir ki, qəza aprelin 10-na keçən gecə Hırkatepe rayonunda baş verib.

Ankara valisi Vasip Şahin bildirib ki, yaralılardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Onun sözlərinə görə, qəza zamanı şaxtada 29 nəfər olub.

Vali əlavə edib: “Yaralanan 11 şaxtaçı Beypazarı rayonunun dövlət xəstəxanasına çatdırılıb, 2 nəfərin müalicəsi isə Ankara xəstəxanasında aparılır”.

Qəzanın nəticələri ilə bağlı təhqiqat başladılıb.

Paylaş: