15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Konqo çayında qayığın aşması  50 nəfərin  ölümü ilə nəticələnib

10-04-2025
IMG

Qırmızı Xaç Ekvatoriya regionunun rəhbəri Maitre Kolomba Mampunia yerli televiziya kanalı RTNC-yə bildirib ki, Ekvator əyalətinin Mayita şəhəri yaxınlığında Konqo çayında qayığın çevrilməsi nəticəsində azı 50 nəfər ölüb.

Ölənlərin sayının artacağı ilə bağlı ehtimallar var, bölgədə axtarış-xilasetmə işləri davam edir.

Ölkədə kifayət qədər asfalt yollar olmadığından nəqliyyat üçün ümumiyyətlə çay və göllərdən istifadə olunur.Xüsusilə mövsümi yağışların çox olduğu dövrlərdə baş verən bu tip qəzalar qayıqlara texniki qulluq göstərilməməsi, onların tutumundan daha çox yük və sərnişin daşıması səbəbindən baş verir.

Paylaş: