15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

“Invest Moldova” AZPROMO ilə investisiyaların təşviqi fəaliyyətinin təşkil olunmasında maraqldır

11-04-2025
IMG

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) Moldova nümayəndə heyəti ilə görüş keçirilib.

AZPROMO-dan bildirilib ki, nümayəndə heyəti İqtisadi İnkişaf və Rəqəmsallaşma və Energetika nazirliklərinin Dövlət katibləri Viorel Qaraz və Konstantin Borosan, “Invest Moldova” İnvestisiya Agentliyinin direktoru Nataliya Bejan, eləcə də dayanıqlı enerji və kənd təsərrüfatı sektorları üzrə fəaliyyət göstərən dövlət rəsmiləri ilə təmsil olunub.

Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev agentliyin fəaliyyəti, ixracın təşviqi mexanizmləri, “Made in Azerbaijan” brendi, təsdiqlənməsi gözlənilən logistikanın subsidiyalaşması, ölkəmizin əlverişli biznes və investisiya mühiti, ticarət və logistika potensialı barədə məlumat verib.

Moldovanın İqtisadi İnkişaf və Rəqəmsallaşma Nazirliyinin Dövlət katibi Viorel Qaraz ölkəmizlə şərabçılıq sahəsində əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirib, Azərbaycanın bu sahədə geniş inkişaf potensialını qeyd edib. “Invest Moldova”nın direktoru Nataliya Bejan təmsil etdiyi qurum barədə danışıb, AZPROMO ilə investisiyaların təşviqi fəaliyyətinin təşkil olunması və dəstək mexanizmlərinin yaradılması üzrə təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını vurğulayıb.

Görüşdə qarşılıqlı investisiya imkanlarının təhlili, hər iki ölkənin əlverişli coğrafi mövqeyinin ticarət əlaqələrimizin gücləndirilməsi məqsədilə istifadə edilməsinin vacibliyi qeyd edilib. Bu istiqamətdə praktiki addımların atılmasına dair razılıq əldə olunub.

Paylaş: