15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Şimşək çaxır, yağış yağır, küləyin sürəti güclənib - FAKTİKİ HAVA

10-04-2025
IMG

Milli Hidrometeorologiya Xidmətinin aprelin 10-u saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Salyan, Tərtər, Mingəçevir, Yevlax, Beyləqan, İmişli, Sabirabad, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Naftalan, Ceyrançöl, Ağstafa, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Qobustan, Quba, Qusar, Qrız, Xaltan, Qazax, Tovuz, Şəmkir, Daşkəsən, Göygöl və Gəncədə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Hazırda qərb küləyi əsir, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında saniyədə 23, Kəlbəcərdə 22, Sabirabadda 19, Şahbuzda 17, Hacıqabulda 16 metrədək güclənib.

Daşkəsən, Gədəbəy, Qax, Zaqatala, Şəki, Balakən, Qəbələ, Şamaxı, Altıağac, Qrız və Xaltanda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Paylaş: