15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Mütəxəssislər bakterial infeksiyaya qarşı xəbərdarlıq ediblər

10-04-2025
IMG

Tropik bakteriyalar Avstraliyada ölümlərə səbəb olub. Avstraliyanın şimal-şərqindəki Kvinslend ştatında güclü yağışlardan sonra ortaya çıxan tropik melioidoz xəstəliyindən ölənlərin sayı 26 nəfərə çatıb.

Kvinslend Ştatının Səhiyyə Departamentinin paylaşdığı məlumatlara görə, son bir həftədə biri ölümlə nəticələnən 10 yeni fakt qeydə alınıb.Mütəxəssislər güclü yağışdan sonra bakteriyaların havaya qarışması nəticəsində inhalyasiya yolu ilə yoluxma riskinin artdığını bildirərkən, səlahiyyətlilər yerli əhalini xüsusilə daşqınlardan sonra gigiyena qaydalarına diqqət yetirmələri barədə xəbərdarlıq edib.

Bildirilir ki, “Burkholderia pseudomallei” bakteriyasının yaratdığı infeksiya xüsusilə Cənub-Şərqi Asiya və Şimali Avstraliyada geniş yayılıb.

Paylaş: