15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Qazaxıstan Milli Muzeyi ölkəni tanımaq istəyənlər üçün unikal fürsət təqdim edir

10-04-2025
IMG

Qazaxıstan Milli Muzeyi nümayiş etdirilən 220 mindən çox tarixi eksponatla ziyarətçilərini ölkənin köklü keçmişi və mədəni zənginliyi ilə tanış edir.

Memarlıq baxımından quşu xatırladan muzey Qazaxıstanın paytaxtı Astananın simvolik strukturlarından olan Sülh və Barışıq Sarayı, Qazax Eli Meydanı, Müstəqillik Sarayı, Həzrəti Sultan məscidi və Milli Gözəl Sənətlər Universiteti ilə eyni ərazidə yerləşir.

Qazaxıstanın müxtəlif tarixi dövrlərinə, bu torpaqlarda yaşayan qədim sivilizasiyaların inkişaf etdirdiyi mədəni zənginliyə, ortaq köklü türk tarixinə işıq salan 8 mərtəbəli muzeydə 220 mindən çox əsər sərgilənir. 

Muzey əcnəbi turistlərin ilk ziyarət etdikləri ünvanlardan biri kimi seçilir. Təxminən 2500 il əvvəl xalis qızıldan hazırlanmış minlərlə artefaktın nümayiş olunduğu “Qızıl” zal öz möhtəşəmliyi ilə ziyarətçiləri valeh edir. Qazaxıstanın ilk “Qızıl əlbisəli adam” əsəri də bu zalda yerləşir.

Ölkənin cənubundakı Yeşik Kurqandan çıxarılan “Qızıl əlbisəli adam”ın əslində 17-18 yaşlarında bir Saka şahzadəsi (əsgəri) olduğunu və məzarında başdan-ayağa qızıl parçaları ilə basdırıldığını bildirib.

Muzeydə həmçinin Qazaxıstanın qərbində, əsasən Sarmat dövrünə aid məzarlardan tapılan qızıl əşyalar da sərgilənir.

Qazaxıstan Milli Muzeyində ortaq türk tarixindən bəhs edən “Qədim Türk Sivilizasiyası” zalında qədim türk dövlətlərinin mənəvi və mədəni həyatını əks etdirən dəyərli əsərlər sərgilənir. 

Altay dağlarının ətəklərində aparılan arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş bir çox eksponatlar dünyanın heç bir muzeyində yoxdur. Burada Qazax arxeoloqu Zeynolla Samaşev tərəfindən Berel kurqanında tapılan eramızdan əvvəl IV-III əsrlərdə saka əsgərlərinin mindiyi at sümükləri də var. Sərgidə nümayiş etdirilən bu at sümükləri və donmuş kurqanın tapılması ilə bu günə qədər qorunub saxlanılan yəhərlər əslində bu torpaqlarda atçılıq mədəniyyətinin inkişaf etdiyini göstərir.

Paylaş: