Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində hazırda 70 şəxsə xidmət göstərilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə bu il 39 nəfər qəbul olunub. Həmin şəxslər yaş qruplarına uyğun olaraq müəssisənin müvafiq şöbələrinə qəbul ediliblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, artıq onlardan bir hissəsi müəssisədə sosial rebilitasiya kursunu başa vurub. Hazırda müəssisədə 26-sı qadın, 44-ü kişi olmaqla 70 şəxsə stasionar formada reabilitasiyayönümlü sosial xidmətlər göstərilir. Onlardan 18-i uşaqlardır.
Müəssisədə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin, görmə qabiliyyəti məhdudluğu olan şəxslərin sosial reabilitasiyası həyata keçirilir. Onlar burada sosial-məişət, sosial-hüquqi xidmətlərlə yanaşı, gündəlik qida normaları əsasında yemək, qəlyanaltı, yaşayış yeri və geyimlə təmin edilirlər.
Müəssisəyə qəbul şəxsin özünün və ya qanuni nümayəndəsinin müraciəti, həmçinin daxili işlər, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin göndərişləri əsasında Agentliyin yerli qurumları və ya DOST mərkəzləri vasitəsilə aparılır.
Azərbaycan Beynəlxalq Əmək Təşkilatı ilə...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Konstitusiya Məhkəməsində yeni təyin...
BƏT-in Baş direktoru DOST İnklüziv...
Qubada süd məhsullarının istehsalı...