Dünya Bankı ilə sosial sahədə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa dəstək” layihəsi çərçivəsində həssas qruplara aid 24 minədək işsiz şəxs üçün istehsal və xidmət sahələri üzrə kiçik bizneslər yaradılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu barədə Dünya Bankının sosial müdafiə və iş yerləri üzrə regional meneceri Paolo Belli ilə görüşdə bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində son illər aparılan islahatları diqqətə çatdırıb, ötən dövrdə Dünya Bankı ilə birgə icra olunan layihələrin əhəmiyyətini vurğulayıb.
Görüşdə 22 min işsiz şəxsi əhatə etməsi hədəflənən “Məşğulluğa dəstək” layihəsinin uğurlu icrasının nəticəsi olaraq iştirakçıların sayının cari il ərzində 26 mini ötəcəyi diqqətə çatdırılıb. Bildirilib ki, özünüməşğulluq proqramının genişləndirilməsinə, həssas əhali qruplarına aid şəxslərin kiçik biznesə çıxışına dəstək olan layihənin uğurla icra edilməsi Dünya Bankı tərəfindən yüksək dəyərləndirilərək mükafatla təltif olunub.
Ölkəmizdə həyata keçirilən digər aktiv məşğulluq proqramları, son illər əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində atılan addımlar diqqətə çatdırılıb.
“Məşğulluğa dəstək” layihəsi ilə bağlı Dünya Bankının növbəti missiyası çərçivəsində keçirilən görüşdə aparılmış müzakirələr barədə məlumat verilib. Layihə üzrə görüləcək işlər, Dünya Bankı ilə sosial sahədə gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Azərbaycan Beynəlxalq Əmək Təşkilatı ilə...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Konstitusiya Məhkəməsində yeni təyin...
BƏT-in Baş direktoru DOST İnklüziv...
Qubada süd məhsullarının istehsalı...