İspaniyada Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradılması təşəbbüsü müzakirə olunub
Aprelin 11-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla İspaniya Krallığının müvəqqəti işlər vəkili Xose Pedro Torrubia ilə görüş keçirib.
ADU-dan bildirilib ki, görüş zamanı rektor Kamal Abdulla ispan həmkarlarla əlaqələrin möhkəmləndirilməsinin, gənclər arasında münasibətlərin dərinləşdirilməsinin və qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb. Həmçinin tələbə və müəllim mübadiləsinin vacibliyini vurğulayıb.
Xose Pedro Torrubia ADU-da olmaqdan məmnunluğunu ifadə edərək Elm və Təhsil Nazirliyi ilə qurulan sıx əməkdaşlıqdan bəhs edib. O, iki ölkə universitetləri arasında elmi və mədəni sahələr üzrə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə dəstəyə hazır olduqlarını bildirib.
ADU rektoru qonağı universitetdə fəaliyyət göstərən “Səfir saatı” layihəsinə dəvət edib və tələbələrin maraq dairəsində olan mövzu üzrə onlarla görüş keçirə biləcəyini bildirib.
Görüşdə tərəflər, həmçinin ispan universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradılması təşəbbüsünü müzakirə ediblər. ADU-nun rektoru bu istiqamətdə birgə layihələrin həyata keçirilməsinə açıq olduqlarını və real nəticələrə nail olmağın mümkünlüyünü bildirib. Hazırda dünyanın 8 ölkəsində belə mərkəzlərin mövcud olduğu qeyd edilib.
Görüşdə səfirlik vasitəsilə tələbə-müəllim mübadiləsinin yeni inkişaf perspektivləri də müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Milli Observatoriya ilə Naxçıvan Dövlət...
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul...
Azərbaycan Universitetində “Red Team” və...
“Pedaqoji Universitetin Gələcək Təhsil...
Bu şəxslərin də təhsil haqqı xərcləri...