FHN-in Aran Regional Mərkəzi təlim keçirib
Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzi tərəfindən “Fövqəladə hadisələr zamanı yanğın-xilasetmə əməliyyatları” mövzusunda təlim keçirilib.
Təlimə Aran Regional Mərkəzi və Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin şəxsi heyəti və texnikaları cəlb olunub.
Təlim şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi, döyüş və peşə qabiliyyətinin yüksəldilməsi məqsədilə keçirilib.
Təlim zamanı şərti olaraq hündürmərtəbəli binada yanğın nəticəsində vətəndaşın köməksiz vəziyyətdə qalması ilə əlaqədar yanğın-xilasetmə əməliyyatı simulyasiya edilib.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələrin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.
Azərbaycan və Sloveniya Birgə İşçi...
Ali Məclisin komitə iclasında hökumətin...
İdxalda aşkar olunan uyğunsuzluqla bağlı...
Sloveniya nümayəndə heyəti Bakı DOST...
Görülən tədbirlər nəticəsində bir sıra...