15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Qanunsuz reklamların yayımı ilə əlaqədar təmin olunmuş müraciətlərin sayı 20 faiz artıb

10-04-2025
IMG

2025-ci ilin yanvar-fevral ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən qanunsuz reklamların yayımı ilə əlaqədar baxılmış müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 35 faizdən çox, təmin olunmuş müraciətlərin sayında isə 20 faiz artım qeydə alınıb.

Dövlət Agentliyindən bildirilib ki, reklam qanunvericiliyinə nəzarət istehlakçıları çaşdırmağa yönəlmiş fəaliyyətlərin qarşısını alır, məhsul və xidmətlər barədə zəruri və düzgün məlumatların təqdim olunmasını təşviq edir, istehlakçıların sərbəst seçim etməsinə şərait yaradır.

 

Paylaş: