Ötən gün vətəndaşların bank kartlarından 24864 manat kiber üsulla oğurlanıb
Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan login və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Aprelin 10-da ayrı-ayrı vətəndaşlardan müxtəlif kiber üsulla 15650, 2000, 1400, 1020, 1000, 999, 995, 680, 470, 400, 150, 100 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
“Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”- deyə məlumatda bildirilib.
Azərbaycan Beynəlxalq Əmək Təşkilatı ilə...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Konstitusiya Məhkəməsində yeni təyin...
BƏT-in Baş direktoru DOST İnklüziv...
Qubada süd məhsullarının istehsalı...