15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Kommersiya qurumlarının sayı 8 faizdən çox artıb

10-04-2025
IMG

Cari ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 614 min 737 vergiödəyicisinin 87 faizi fiziki şəxslər, 13 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 5 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərin sayı isə 7,6 faiz artıb. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,6 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və digər formalarda yaradılıb.

Aprel ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz artaraq 193 min 780 vahid təşkil edib.

Bu ilin yanvar-mart aylarında 3 min 479 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 89 faizi yerli investisiyalı, 11 faizi xarici investisiyalıdır. Kommersiya qurumlarının 86 faizi elektron qaydada qeydiyyata alınıb.

Hesabat dövründə qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97 faiz təşkil edib.

Paylaş: