15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Dominikanda gecə klubu faciəsində ölənlərin sayı 184 nəfərə çatıb

10-04-2025
IMG

Dominikanın paytaxtı Santo-Dominqoda “Jet Set” gecə klubunun damının çökməsi nəticəsində ölənlərin sayı 184 nəfərə çatıb.

Fhnews.az “Diario Libre” qəzetinə istinadla xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Əməliyyatlar Xidmətinin rəhbəri Xuan Manuel Mendes bildirib. Onun sözlərinə görə, xilasetmə əməliyyatı bir an belə dayanmayıb. Dağıntıların altında sağ qalan insanlar ola bilər və bu səbəbdən işlər ehtiyatla aparılır.

Dominikan Respublikasının Prezidenti Luis Abinader həlak olanların xatirəsinə aprelin 8-dən başlayaraq üçgünlük milli matəm elan edib. Paytaxtın müxtəlif yerlərində insanların qan verdikləri donor mərkəzləri açılıb.

Tez-tez konsertlərə ev sahibliyi edən “Jet Set” Santo-Dominqoda məşhur gecə klubudur. Hadisə zamanı klubda milli merenq müğənnisi Rubbi Peresin canlı konserti keçirilirmiş.

Paylaş: