18 aprel 2025, cümə Bakı, 10°C
IMG-LOGO

Paytaxt məktəbliləri beynəlxalq idman yarışlarında çempion olublar

09-04-2025
IMG

Paytaxt məktəbliləri beynəlxalq idman yarışlarında çempion adına layiq görülüblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 153 nömrəli tam orta məktəbin IX sinif şagirdi Xədicə Mürsəlova İtaliyanın Lignano Sabbiadoro şəhərində 14-15 yaşlı yeniyetmələr arasında keçirilən Şotokan katare-do üzrə Avropa çempionatında birincilik əldə edib. Dörd döyüşdə qalib gələrək finalda rumıniyalı rəqibini məğlub edən X.Mürsəlova birinci yerə layiq görülərək Azərbaycan bayrağını ucaldıb.

Xədicə bundan əvvəl də ölkədaxili və beynəlxalq yarışlarda uğur qazanıb. Ötən il Serbiyada 14-15 yaşlılar arasında keçirilən karate üzrə Dünya çempionatında I yerə layiq görülüb.

Paytaxtdakı 32 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Zəhra Salmanlı isə Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında parabadminton üzrə yarışda ən yüksək pilləyə layiq görülüb. İki mərhələnin qalibi olan Z.Salmanlı final raundunda beninli idmançını üstələyərək qızıl medalın sahibi olub.

Paylaş: