18 aprel 2025, cümə Bakı, 10°C
IMG-LOGO

FHN-in Gəncə Regional Mərkəzində seminar-müşavirə keçirilib

09-04-2025
IMG

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşəbbüsü, Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə “Fövqəladə hadisələrlə bağlı əhalinin xəbərdarlığının təşkili, qabaqlayıcı tədbirlərin görülməsi və davranış qaydaları” mövzusunda seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə Fövqəladə Hallar Nazirliyinin müvafiq struktur bölmələrinin nümayəndələri, Gəncə şəhəri və Göygöl, Daşkəsən, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux Rayon İcra hakimiyyətlərinin, yerli özünüidarəetmə və icra orqanlarının məsul şəxsləri iştirak ediblər.

Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbiri giriş sözü ilə açan FHN Gəncə Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov fövqəladə hallarla mübarizə üzrə rayon icra hakimiyyətləri ilə qarşılıqlı fəaliyyətin hazırkı vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.

FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev çıxışında fövqəladə halların xəbərdar edilməsi ilə bağlı bu sahəyə cavabdeh qurumların koordinasiyalı fəaliyyətinin əhəmiyyətindən bəhs edib.

Daha sonra çıxış edənlər mövzuya dair aidiyyəti üzrə məlumatlar veriblər. Çıxışlarda yanğınların başvermə səbəbləri və nəticələri, onların söndürülməsi zamanı yaşayış massivlərindəki süni maneələrin yaratdığı çətinliklər və s. məsələlərə toxunulub.

Seminar-müşavirədə mövzu ətrafında geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib, aidiyyəti üzrə tapşırıqlar verilib.

Paylaş: