15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Hərbi xidmətdə yaş həddi tətbiq olunmayan şəxslərin dairəsi genişlənir

11-04-2025
IMG

Hərbi xidmətdə son yaş həddinin müəyyən edilmədiyi şəxslərin dairəsi genişləndirilir.

Fhnews.az xəbər verir ki, bu, Milli Məclisin aprelin 11-də keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna təklif edilən dəyişikliklərdə öz əksini tapıb.

Layihəyə uyğun olaraq, ordu generalı və müvafiq icra hakimiyyəti orqanının təyin etdiyi qurumların rəhbərləri və müavinləri üçün yaş həddinin müəyyən olunmaması təklif edilir. Bu dəyişiklik Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) rəhbərlərinə də aiddir. Başqa sözlə, Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbərləri və müavinləri üçün də son yaş həddi tətbiq edilməyəcək. Həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçən şəxslər isə vəzifələrindən azad olunduqdan sonra yaşa görə ehtiyata buraxılacaqlar.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

Paylaş: