Göyərtəsində ABŞ siyasətçilərinin olduğu təyyarə digər laynerlə toqquşub
ABŞ-ın Vaşinqton şəhərinin “Ronald Reyqan” aeroportunda amerikalı siyasətçilərin olduğu təyyarə başqa bir laynerlə toqquşub. Hadisədən sonra təyyarələrdəki sərnişinlər təxliyə edilib.
Fhnews.az xəbər verir ki, “Axious” portalı bu barədə ABŞ-ın Federal Mülki Aviasiya Administrasiyasına istinadla məlumat yayıb.
Məlumata görə, aprelin 10-da təyyarələrdən biri digərinin qanadını qırıb. Biri Nyu-Yorka, digəri isə Cənubi Karolina ştatının Çarlston şəhərinə uçan hər iki təyyarə “American Airlines” aviakompaniyasına məxsusdur.
Sərnişinlər arasında ABŞ Konqresinin yeddi üzvünün olduğu bildirilir.
“Ronald Reyqan” aeroportu sıxlığına görə ABŞ-ın ən mürəkkəb hava limanlarından biri sayılır. Yanvarın 29-da məhz bu hava limanı üzərində hərbi helikopterlə sərnişin təyyarəsi toqquşmuş və nəticədə 67 nəfər həlak olmuşdu.
Novruz bayramı ilə bağlı qanun layihəsi...
Baharda qış gözəlliyi......
Ayasofyanın əsas günbəzində tarixi bərpa...
Yeni araşdırma qarğaların həndəsi...
Yaponiyada əhalinin sayı azalıb...