15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Çin tarif gərginliyi səbəbilə ABŞ-dan film idxalını azaldacaq

10-04-2025
IMG

Çin ikitərəfli tarif artımı ilə bağlı ölkə ilə gərginliyin artması səbəbindən ABŞ-dan film idxalını azaldacağını açıqlayıb.

Çində nümayiş etdiriləcək xarici filmlərin və tətbiq edilən kvotaların seçilməsindən məsul olan Çin Film İdarəsi  ABŞ-nın tarif artımının kino sənayesinə necə təsir edəcəyi ilə bağlı açıqlama verib.

Bəyanatda deyilir ki, ABŞ Çinə qarşı tariflərdən sui-istifadə edərək yanlış seçim edib və bu, Çinli tamaşaçıların ABŞ filmlərinə marağını qaçılmaz olaraq azaldacaq.

Bəyanatda  Çin Film İdarəsinın bazar qaydalarına uyğun hərəkət edəcəyi və tamaşaçıların seçiminə hörmətlə yanaşacağı, ABŞ filmlərinin idxalının azaldılacağı qeyd edilib.  Açıqlamada Çinin dünyanın ikinci ən böyük kino bazarı olduğu qeyd edilib və bazardakı tələbi qarşılamaq üçün keyfiyyətli xarici istehsalların tamaşaçılara çatdırılmasına davam ediləcəyi vurğulanıb.

Mövcud ticarət müqavilələrinə əsasən, hər il Çində 34 xarici film buraxılır. Gəlir bölgüsü əsasında keçirilən nümayişlərdə filmin sahibi olan studiya bilet gəlirlərinin 25 faizini alır.

Paylaş: