15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Beynəlxalq idman təşkilatlarının rəhbərləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

10-04-2025
IMG

Beynəlxalq Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Komitəsinin prezidenti Adam Kosa və Avropa Eşitmə Məhdudiyyətli Şəxslərin İdman Təşkilatının prezidenti İosif Stavrakakis Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, mərkəzin direktoru Elnarə Ənsari qonaqlara müəssisənin fəaliyyəti barədə məlumat verib.

Qeyd edilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci ildə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas qruplardan olan, o cümlədən eşitmə və nitq məhdudiyyətli şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiyası sahəsində işlər aparılır. Mərkəzin benefisiarları 14 fəaliyyət istiqaməti üzrə təlimlərə cəlb edilir, bununla yanaşı, onlara sosial-pedaqoji və psixoloji dəstək xidmətləri də göstərilir.

Qonaqlar mərkəzdə yaradıcılıq və təlim-məşq prosesini izləyib, benefisiarların təlimçilərlə birgə hazırladıqları əl işlərinə baxıblar.

Paylaş: