15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Türkiyədə çiçək açan meyvə ağacları qar altında qalıb

10-04-2025
IMG

Türkiyənin Amasya bölgəsinin Gümüşhacıköy rayonunda aprel ayında çiçək açan alma, albalı və gavalı ağacları qəfil yağan qar səbəbindən ağ örtük altında qalıb.

Martın sonunda hava şəraitinin mövsüm normalarından yüksək olması ilə əlaqədar bir çox meyvə ağacları erkən çiçək açmışdı. Aprel ayının qar sürprizi isə bu ağaclara ziyan vurub, qarın ağırlığına tab gətirməyən ağacların budaqları qırılıb. Kənd təsərrüfatının şaxta təhlükəsi fermerləri narahat edir.

Paylaş: