Qlobal istiləşmə Matanuska buzlağını təhdid edir
Alyaskanın təbii sərvətlərindən biri olan Matanuska buzlağı təkcə səthdəki nəhəng buz kütlələri ilə deyil, həm də sirli buz mağaraları ilə diqqət çəkir. Mağaralar aşağı temperatur, rütubət və içəridə ərimiş suların əmələ gətirdiyi kiçik hovuzlar sayəsində daim dəyişir.
Buzlaq mağaralarının mavi və firuzəyi tonlarında buz təbəqələri arasından günəş işığı süzgəcləri kimi fərqli görüntülər yaradır.Zamanla buzlağın dərinliklərində formalaşan bu təbii quruluşlar onları görənlərə “başqa planetdə olmaq hissi”ni verir.
Matanuska buzlağının buz mağaralarında dərinləşdikcə iqlim dəyişikliyinin təsirlərini də müşahidə etmək mümkündür. Qlobal istiləşmə və iqlim böhranı buz mağaralarının əriməsinə səbəb olur və məhv olmaq təhlükəsini artırır.
Bu səbəbdən mütəxəssislər buz mağaralarına gələnlərin təhlükəsizlik tədbirlərinə diqqət etmələrini və təbiətə zərər vermədən hərəkət etmələrini vurğulayırlar.
Novruz bayramı ilə bağlı qanun layihəsi...
Baharda qış gözəlliyi......
Ayasofyanın əsas günbəzində tarixi bərpa...
Yeni araşdırma qarğaların həndəsi...
Yaponiyada əhalinin sayı azalıb...