ÜST nümayəndələri ilə zoonoz xəstəliklərə epidemioloji nəzarətin vəziyyəti müzakirə olunub
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səlahiyyətli nümayəndələri ilə görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, görüşdə zoonoz xəstəliklərə epidemioloji nəzarət və eyni zamanda, qida təhlükəsizliyi sahəsində ölkəmizdə tətbiq olunan “Erkən Xəbərdarlıq və Cavab (EWAR) Sistemi”nin real nəticələri müzakirə olunub.
Qeyd olunub ki, AQTA tərəfindən ölkəmizdə zoonoz xəstəliklərə nəzarət prioritet istiqamətlərdən biridir. Elə bu səbəbdən ölkəmizin xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyindən azadolma statusu Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən təsdiqlənib. Növbəti hədəflər isə ölkəmizdə, eləcə də regionda dabaq xəstəliyinin (FMD) ləğv olunması və xəstəliyə müasir metodlarla nəzarətin təmin edilməsidir.
Görüşdə zoonoz xəstəliklərin erkən aşkarlanması, risklərin qiymətləndirilməsi və cavab tədbirlərinin vaxtında verilməsi ilə bağlı məsələlər müzakirə olunub. Qida təhlükəsizliyinə nəzarət tədbirləri və digər məsələlər üzrə məlumat verilib.
Qeyd edək ki, “Erkən Xəbərdarlıq və Cavab (EWAR) Sistemi” hər hansı xəstəlik və ya təhlükə ehtimallarını erkən aşkar edən sistemdir. Həmin sistemin əsas məqsədi insanların həyatını qorumaq, xoşagəlməz halların təsirlərini minimuma endirməkdir.
Azərbaycan Beynəlxalq Əmək Təşkilatı ilə...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Konstitusiya Məhkəməsində yeni təyin...
BƏT-in Baş direktoru DOST İnklüziv...
Qubada süd məhsullarının istehsalı...