Kamran İmanov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının sessiyasında məruzə edib
Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəlliflik hüququ və əlaqəli hüquqlar üzrə daimi komitəsinin 46-cı sessiyası keçirilir. Sessiya çərçivəsində Müəllliflik hüququ və generativ süni intellekt üzrə məlumat sessiyası təşkil olunub.
Sessiyaya onlayn rejimdə qoşulan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri adından “Süni intellekt və müəlliflik hüququ” mövzusunda məruzə edib.
Agentlikdən bildirilib ki, məruzədə süni intellektin inkişafı və onun yaratdığı müasir hüquqi məsələlər, süni intellektin hüquq subyektliyi və onun tanınmasının problemləri, bu sahədə perspektivdə duran məsələlər əks olunub. K.İmanov çıxışında “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edildiyini bildirib, normativ-hüququ bazanın təkmilləşdiriləcəyi və süni intellekt haqqında qanunun qəbul ediləcəyi, müvafiq qanunlarda dəyişikliklərin ediləcəyi və Süni İntellekt Akademiyasının yaradılacağı barədə məlumat verib.
Qeyd edək ki, ABŞ, Braziliya, Çin, Gürcüstan, Hindistan, Kamerun, Kanada, Kolumbiya, Koreya Respublikası, Macarıstan və Yaponiyadan, eləcə də Avropa Komissiyasının, “Google”, “Shutterstock”, “Pleias”, “Deezer” şirkətlərinin nümayəndələrinin qatıldığı tədbirdə fərqli yurisdiksiyalarda süni intellektin inkişafının təsirinin mövcud vəziyyəti, bu sahədə qanunvericilik təşəbbüsləri, süni intellekt tərəfindən və onun köməyi ilə yaradılmış materiallara müəlliflik hüququ, həmin materiallar kontekstində müəllif hüquqlarının pozulması və buna görə məsuliyyət məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Milli Observatoriya ilə Naxçıvan Dövlət...
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul...
Azərbaycan Universitetində “Red Team” və...
“Pedaqoji Universitetin Gələcək Təhsil...
Bu şəxslərin də təhsil haqqı xərcləri...