15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Məktəbəqədər təhsil müəssisələri rəhbərlərinin yerdəyişməsi müsabiqəsi başlayır

11-04-2025
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələri müdirlərinin yerdəyişməsi müsabiqəsi başlayır.

BŞTİ-dən bildirilib ki, müsabiqədə ali pedaqoji təhsili olan və hazırda müdir vəzifəsində çalışdığı müəssisədə 3 (üç) ildən az olmayaraq işləyənlər iştirak edə bilərlər. Yerdəyişmə üçün ərizə verən namizədlər təqdim olunan vakant yerlərdən maksimum 3-nü seçə bilər.

Müsabiqədə iştirak etmək istəyən məktəbəqədər təhsil müəssisələri müdirləri aprelin 17-dək qeydiyyatdan keçə bilərlər.

Paylaş: