BANM ilə “Acwa Power” şirkəti əməkdaşlıq edəcək
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Acwa Power” şirkətinin Azərbaycandakı nümayəndələri ilə görüşüb.
BANM-dən bildirilib ki, tərəflər yaşıl iqtisadiyyata keçidin dəstəklənməsi və inkişafı üçün əməkdaşlıq mühitinin təşviqi sahəsində şirkətin təcrübəsini müzakirə ediblər. Bir sıra əməkdaşlıq sahələri üzrə memorandum imzalamaq barədə razılığa gəliblər.
Görüşdə “Acwa Power” şirkətinin müqavilələr və institusional əlaqələr üzrə meneceri Süleyman Babayev və Ətraf Mühit və Sosial Məsələlər üzrə meneceri Ceyhun Sultanov iştirak ediblər.
Milli Observatoriya ilə Naxçıvan Dövlət...
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul...
Azərbaycan Universitetində “Red Team” və...
“Pedaqoji Universitetin Gələcək Təhsil...
Bu şəxslərin də təhsil haqqı xərcləri...