AzTU ilə “Baykar Texnoloji Azərbaycan” şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
“Baykar Texnoloji Azərbaycan” şirkətinin direktoru Hüseyin Topuz Azərbaycan Texniki Universitetində (AzTU) olub. Qonaq AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Görüşdə həmçinin “Bilim Bakı” Mərkəzinin direktoru Ahmet Köse də iştirak edib.
Bu barədə universitetdən məlumat verilib.
Rektor Vilayət Vəliyev universitetdə həyata keçirilən layihələr və müasir mühəndislik təhsilinin inkişafı istiqamətində görülən işlərdən danışıb. O, “Baykar Texnoloji Azərbaycan” şirkəti ilə qurulan əməkdaşlığın universitet-sənaye işbirliyinin inkişafı baxımından mühüm addım olduğunu vurğulayıb.
“Baykar Texnoloji Azərbaycan” şirkətinin direktoru Hüseyin Topuz rəhbərlik etdiyi qurumun universitetlərlə əməkdaşlıqda maraqlı olduğunu, o cümlədən AzTU ilə birgə layihələrdə iştirakdan məmnunluğunu ifadə edib.
Daha sonra AzTU ilə “Baykar Texnoloji Azərbaycan” şirkəti arasında elm, təhsil və texnologiya sahələrində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Sənəd tərəflər arasında elmi-tədqiqat layihələrinin təşkili, tələbələr üçün təcrübə proqramları, birgə tədris və təlim fəaliyyətlərinin həyata keçirilməsi, konfrans və seminarların təşkili, habelə akademik əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur.
Memorandumda göstərilən istiqamətlərə uyğun olaraq beynəlxalq standartlara uyğun birgə kurs və proqramların hazırlanması, birgə elmi tədbirlərin təşkili və universitetin tələbə və gənc müəllim heyəti üçün təlim imkanlarının yaradılması da planlaşdırılır.
Milli Observatoriya ilə Naxçıvan Dövlət...
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul...
Azərbaycan Universitetində “Red Team” və...
“Pedaqoji Universitetin Gələcək Təhsil...
Bu şəxslərin də təhsil haqqı xərcləri...