Dominikanda əyləncə məkanının damının uçması tələfatla nəticələnib.
Karib hövzəsi ölkəsi Dominikanda əyləncə məkanının damının uçması nəticəsində azı 44 nəfər ölüb, 160-dan çox insan yaralanıb.
Paytaxt Santo Dominqoda "Jet Set" adlı əyləncə məkanının damı müştərilər içəridə olarkən çöküb.
Səlahiyyətlilər damın hansı səbəbdən çökməsinin hələ məlum olmadığını bildirib və qəza zamanı konsert verən müğənni Rubby Perezin də yaralandığını qeyd edib. Dominikan Respublikasının Prezidenti Luis Abinader X sosial media hesabında etdiyi paylaşımda, axtarış-xilasetmə qruplarının dağıntılar altında qalanları xilas etmələri üçün çalışdıqlarını yazıb.
Dominikan Respublikasının Fövqəladə Əməliyyatlar Mərkəzinin direktoru Xuan Manuel Mendez dağıntılar altında qalan insanları xilas etmək üçün səylərin davam etdiyini bildirib.
Astronomlar bir ekzoplanetin...
Aprelin 17-də Ümumdünya Hemofiliya Günü...
Britaniya hökuməti Aİ-dən pendir və ət...
Temperaturun artması həm fiziki, həm də...
Tədqiqatçılar insanlarda yeni qan qrupu...