Balakəndə oftalmoloji aksiya keçiriləcək
Aprelin 10-11-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası tərəfindən Balakən rayonunda tibbi aksiya keçiriləcək.
Səhiyyə Nazirliyi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə təşkil olunacaq aksiya akademik Zərifə Əliyevanın anadan olmasının 102 illiyinə həsr ediləcək.
Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən verilən məlumata görə, Balakən rayon sakinləri üçün keçiriləcək oftalmoloji aksiya çərçivəsində yerli əhalinin göz sağlamlığı ilə bağlı müayinələr aparılacaq, xəstəliklər vaxtında aşkarlanacaq və müalicə yolları müəyyən ediləcək. Həkimlər əldə olunan nəticələri dəyərləndirərək lazımi tövsiyələr verəcəklər. Eyni zamanda, ciddi oftalmoloji problemlərlə üzləşən və əməliyyata ehtiyacı olan pasiyentlərə daha geniş tibbi yardım göstərilməsi üçün Milli Oftalmologiya Mərkəzinə müraciət etmələrinə şərait yaradılacaq.
Müayinədən keçmək istəyən Balakən sakinləri yaxın günlərdə Dəmiryol Səyyar Klinikasına müraciət edə bilərlər.
Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Dəmiryol Səyyar Klinikası respublika rayonlarının əhalisinə xidmət göstərmək üçün 2005-ci ildə Avtomobil Səyyar Klinikası, 2018-ci ildən Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb. Səyyar klinikanın fəaliyyətinin əsas istəyi passiyentlərin vaxtında müayinə olaraq öz səhhətlərindəki problemlərin yerindəcə müalicə edilməsidir. Klinikanın təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqları bütün prosesləri yerinə yetirmək bacarığına sahibdirlər.
Hazırda dünyada milyardlarla insan görmə zəifliyi və görmə qabiliyyətinin tamamilə itirilməsindən əziyyət çəkir. Bu rəqəm sayı hər il artmaqda davam edir və Mərkəzin keçirdiyi aksiyaların məqsədi, vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq, bununla say faktorunun azalmasına kömək etməkdir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əsas prioriteti isə respublikada korluğun qarşısının alınması üçün tədbirlər görməkdir.
Aksiya saat 09:00-da başlayacaq.
Azərbaycan və Sloveniya Birgə İşçi...
Ali Məclisin komitə iclasında hökumətin...
İdxalda aşkar olunan uyğunsuzluqla bağlı...
Sloveniya nümayəndə heyəti Bakı DOST...
Görülən tədbirlər nəticəsində bir sıra...