ADSEA su xidmətləri ilə bağlı 44 minə yaxın müraciətə baxıb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) “ASAN xidmət”, “ASAN Kommunal” mərkəzlərinə və KOB Evlərinə bu ilin birinci rübündə daxil olan müraciətlərin xidmət növlərinə görə statistikasını açıqlayıb.
ADSEA-dan bildirilib ki, statistikaya görə 14 xidmət istiqaməti üzrə 43 min 971 müraciət daxil olub. Bunlardan 42 min 373 müraciətə baxılıb və xidmət göstərilib. 1598 müraciət isə müəyyən səbəblərdən ləğv və ya imtina edilib.
Qeyd edək ki, 2021-2025-ci illər ərzində daxil olan müraciətin cavablandırılması istiqamətində göstərdiyi fəaliyyətə görə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Təşəkkürnaməsinə layiq görülüb.
ADSEA tərəfindən göstərilən xidmət səviyyəsinin və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində fəaliyyətlərin təkmilləşdirilməsi davam edir.
Beyləqanda marketdə saxta spirtli...
Sabah hava şəraiti əsasən yağmursuz...
Milli Observatoriya beynəlxalq mükafata...
AzTU və AzDƏMTTETİ arasında əməkdaşlıq...
Vəkilliyə namizədlərin təntənəli andiçmə...