15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Salyanda marketdə saxta spirtli içkilər aşkarlanıb

10-04-2025
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonu, Ələt-Astara magistral yolunun 60-cı kilometrliyində fəaliyyət göstərən Süleymanov Sərxan Qurbanəli oğluna məxsus “Ay Store” marketdə yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  verilən məlumata görə, yoxlama zamanı iaşə obyektində 8 ədəd 1 litrlik, 3 ədəd 0,7 litrlik və 8 ədəd 0,5 litrlik “Platinum Vısota” əmtəə nişanlı saxta spirtli içki aşkarlanıb.

Məhsullardan nümunələr götürülərək laborator müayinələrə verilib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və saxta spirtli içkilərin satışa çıxarılmasının qarşısı alınıb.

Araşdırmalar davam etdirilir.

Paylaş: