“AzerGold”un İdarə Heyətinin sədri 4-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri 4-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirib.
QSC-dən bildiriblər ki, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan Aslan Həsənli ilə görüş keçirib.
Görüşdə müsabiqə qalibinin 1 illik fərdi inkişaf planı nəzərdən keçirilib, fərdi inkişaf üzrə prioritetlərin müəyyənləşdirilməsi üçün mentinin SWOT analizi aparılaraq, güclü və zəif tərəflər müəyyənləşdirilib.
Zakir İbrahimov müsabiqə qalibinə güclü kompotensiyalarından maksimum faydalanaraq idarəetmə bacarıqlarını inkişaf etdirməsi və zəif kompotensiyalar, ehtiyac duyulan digər bacarıqların formalaşdırılması, daha da təkmilləşdirilməsi istiqamətində tövsiyə və tapşırıqlarını verib.
Səmimi qəbula görə təşəkkür edən müsabiqə qalibi Aslan Həsənli görüş zamanı müzakirə olunan mövzuların, idarəetmə sahəsində verilən tövsiyə və tapşırıqların onun qarşıdakı 1 illik fərdi inkişaf planı çərçivəsində öz potensialını üzə çıxarması, gələcək karyera inkişafı, liderlik keyfiyyətləri və rəhbərlik bacarıqlarının artırılmasında istiqamətverici rol oynayacağını bildirib.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis edilib.
Bir neçə avtobus marşrutu üzrə keçirilən...
Cari ilin ilk rübündə İqtisadiyyat...
Əmlak Məsələləri Dövlət Xidmətinin...
Bakıda kriptovalyuta və blokçeyn...
7 KOB subyektinə “Startap” şəhadətnaməsi...