15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Elm adamları yerin dərinliklərində sirli yeni həyat formalarını kəşf ediblər

10-04-2025
IMG

Amerikalı alimlər Yer kürəsinin torpaq qatlarında "kritik zona" kimi tanınan və həyat üçün əhəmiyyət kəsb edən əvvəllər məlum olmayan mikroblar ailəsini aşkar ediblər.Bu mikroorqanizmlərin suyun təmizlənməsi və ətraf mühitin davamlılığı baxımından yenilikçi potensiala malik olduğu bildirilir.
Miçiqan Dövlət Universitetinin Mikrobiologiya professoru James Tiedjenin rəhbərlik etdiyi alimlər heyəti  bu dərin torpaq qatlarında "CSP1-3" adlı yeni mikrob filumunu kəşf edib.

Sözügedən mikroorqanizmlər ABŞ-nın Ayova ştatında və Çində dərin torpaq nümunələrindən təcrid edilib. Tədqiqatçılar aşkar ediblər ki, CSP1-3 ailəsinin əcdadları milyonlarla il əvvəl isti bulaqlarda və şirin sularda yaşayıb və zaman keçdikcə onlar əvvəlcə yerüstü torpağa, sonra isə dərin torpaq qatlarına uyğunlaşıblar. DNT analizi nəticəsində bu mikrobların hərəkətsiz deyil, aktiv şəkildə böyüməyə davam etdiyi müəyyən edilib. Tiedjenin komandası mikrobların yarandığı isti bulaqlarda temperatur şəraitini yenidən yaradaraq onların becərilməsi ilə bağlı təcrübələr aparır. Uğurlu olarsa, biotexnoloji tətbiqlər üçün bu mikroorqanizmlərin genetik xüsusiyyətləri də araşdırılacaq.

Professor Tiedje bu yeni kəşfin əhəmiyyətini vurğulayaraq, "Bu mikroorqanizmlər haqqında hələ bilmədiyimiz çox şey var. Ancaq bu məlumatları öyrənə bilsək, dünyamızın üzləşdiyi ekoloji problemlərə təsirli həll yolları inkişaf etdirə bilərik"- deyə bildirib.

Paylaş: