Energetika Nazirliyinin “Çağrı Mərkəzi”nə olan müraciətlərin statistikası açıqlanıb
Cari ilin 1-ci rübü ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1362 zəng qəbul edilib.
Nazirlikdən bildirilib ki, daxil olan zənglərin 1056-sı elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 121-i təşəkkür xarakterli, 185-i isə digər məsələlərlə bağlı olub.
Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.
Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə Energetika Nazirliyinin 974 - “Çağrı Mərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir. Vətəndaşlar “Çağrı Mərkəzi”nə Bakı şəhəri üzrə “974”, bölgələrdən və ölkəmizdə mövcud olan bütün mobil operatorlardan “012 974” nömrəsini yığmaqla zəng edə bilərlər.
Bir neçə avtobus marşrutu üzrə keçirilən...
Cari ilin ilk rübündə İqtisadiyyat...
Əmlak Məsələləri Dövlət Xidmətinin...
Bakıda kriptovalyuta və blokçeyn...
7 KOB subyektinə “Startap” şəhadətnaməsi...