Közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan ediləcək
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna təklif edilən dəyişikliklər üçüncü oxunuşda təsdiqlənib.
Fhnews.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin aprelin 11-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, Qanuna yeni 17.2-ci maddə əlavə edilir. Bu maddəyə əsasən istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının aşağıdakı tarixlərdən idxalı, istehsalı və satışı qadağan edilir. Belə ki, 60 Vt və yuxarı gücə malik olan közərmə lampaları 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampaları isə 2026-cı il iyulun 1-dən qadağan olunacaq.
Azərbaycan Beynəlxalq Əmək Təşkilatı ilə...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Konstitusiya Məhkəməsində yeni təyin...
BƏT-in Baş direktoru DOST İnklüziv...
Qubada süd məhsullarının istehsalı...