Birinci rübdə Energetika Nazirliyi tərəfindən 40 icazə verilib
Cari ilin 1-ci rübü ərzində Energetika Nazirliyi tərəfindən 40 icazə verilib.
Nazirlikdən bildirilib ki, “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı üzrə 24, ixracı üzrə 5 və tranziti üzrə 9 icazə verilib.
Rüb ərzində, həmçinin mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üzrə 2 icazə verilib.
Bu dövrdə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.
Bir neçə avtobus marşrutu üzrə keçirilən...
Cari ilin ilk rübündə İqtisadiyyat...
Əmlak Məsələləri Dövlət Xidmətinin...
Bakıda kriptovalyuta və blokçeyn...
7 KOB subyektinə “Startap” şəhadətnaməsi...