Azərbaycanın bir güləşçisi Avropa çempionu olub, ikisi gümüş və bürünc medal qazanıb
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Fhnews.az xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda gürcüstanlı Solomon Manaşviliyə qalib gəlib.
Həlledici görüşdə Dauren Kuruqluyevə (Yunanıstan) uduzan Osman Nurməhəmmədov (92 kiloqram) ikinci yerlə kifayətlənib. Ağanəzər Novruzov (74 kiloqram) isə bürünc medal uğrunda qarşılaşmada Ramazan Ramazanovu (Bolqarıstan) üstələyərək, Avropa üçüncüsü olub.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən İslam Bazarqanov (57 kiloqram), Əli Rəhimzadə (65 kiloqram) və Kənan Heybətov (70 kiloqram) bürünc mükafata sahib çıxıblar.
Avropa çempionatına aprelin 13-də yekun vurulacaq.
Minifutbol Federasiyasının prezidenti:...
Azərbaycan üzgüçüləri Çexiyadakı...
Qəbələ-Xankəndi ultramarafonunun qalibi:...
Formula 1 Azərbaycan Qran-Prisi üçün...
Fərid Qayıbov: Ultramarafonun yüksək...