15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

İtaliyadan idxal olunan xörək duzu və qazsız təbii suda uyğunsuzluq aşkarlanıb

11-04-2025
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları nəzarət tədbirləri çərçivəsində "Vertex Commerce" MMC-nin İtaliyadan idxal etdiyi “İtalkali” şirkətinin istehsalı olan 144 kiloqram “Italkali Sale Sicilia Fino Kg1” əmtəə nişanlı xörək duzu və “Fiuggi” şirkətinin istehsalı olan 151,2 kiloqram “Fiuggi Acqua Nat.Lt1” əmtəə nişanlı qazsız təbii sudan götürülən nümunələrin laborator müayinəsi nəticəsində məhsullarda uyğunsuzluq aşkar ediblər.

Bu barədə Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib.

Paylaş: