Dominikanda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 79-a çatıb
Dominikan Respublikasının paytaxtında “Jet Set” gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 79-a çatıb.
Fhnews.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Mərkəzinin direktoru Xuan Manuel Mendes bildirib.
Onun sözlərinə görə, dağıntılar altında qalan insanların axtarışları davam edir.
O qeyd edib ki, xilasedicilər son saatlarda sağ qalan tapmayıblar. Xəstəxanaya yerləşdirilənlərin sayı 150 nəfəri ötüb.
Bundan əvvəl Karib hövzəsi ölkəsinin Prezidenti Luis Abinader baş vermiş faciə ilə əlaqədar üçgünlük milli matəm elan edib. Respublikanın paytaxtının müxtəlif yerlərində insanların qan verdiyi donor mərkəzləri açılıb.
BMT: Üç illik danışıqlardan sonra...
İraqda qum fırtınası səbəbindən...
ABŞ-da universitetə silahlı hücum olub...
“Titanik”in ən uğursuz sərnişini...
Hər il milyonlarla turisti qəbul edən...