15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

Alimlər dünyanın ilk ultra həssas və çevik ammiak sensoru hazırlayıblar

10-04-2025
IMG

Koreya Material Elmləri İnstitutunun tədqiqatçıları aşağı temperaturda sintez edilmiş mis bromid (CuBr) filmindən istifadə edərək dünyanın ilk ultrahəssas və yüksək çevik ammonyak sensorunu hazırlayıblar. Tədqiqat qrupu mis bromid (CuBr) filmindən istifadə edərək dünyada ilk ammonyak (NH₃) qaz sensorunu hazırlayıb. 

Yeni nəsil CuBr əsaslı sensor yüksək həssaslıq və seçicilik təqdim etməklə yanaşı, istehsal asanlığı və dəyəri ilə də diqqət çəkir. Ətraf mühitin monitorinqi, sənaye təhlükəsizliyi və tibbi diaqnostika kimi bir çox sahədə istifadə oluna bilən bu sensor havadakı az miqdarda ammonyakı belə aşkar edə bilir.

Tədqiqatın rəhbəri Jongvon Yoon inkişaf etdirilən texnologiyanın çevik və geyilə bilən elektron cihazlara inteqrasiya oluna biləcəyinə diqqət çəkərək, "Bu sensor qapalı havanın keyfiyyətinin monitorinqindən tutmuş şəxsi sağlamlığın monitorinqinə qədər bir çox sahədə istifadə edilə bilər. Xüsusilə, insan orqanizminə inteqrasiya oluna və nəfəs analizi ilə xəstəliklərin diaqnozunu mümkün edə bilər"-deyə bildirib. Yeni sensor texnologiyasının gələcəkdə daşına bilən sağlamlıq cihazlarından tutmuş ağıllı ev sistemlərinə qədər bir çox tətbiqdə istifadə oluna biləcəyi ifadə edilib.

Paylaş: