Azərbaycanın üç yunan-Roma güləşçisi Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb
Azərbaycanın üç yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Fhnews.az xəbər verir ki, Eldəniz Əzizli (55 kiloqram) 1/4 finalda gürcüstanlı Vaxtanq Loluaya, Murad Məmmədov (63 kiloqram) xorvatiyalı İvan Lizatoviçə, İslam Abbasov isə norveçli Eksos Mukubuya qalib gəlib.
Onlar növbəti raundda müvafiq olaraq, ermənistanlı Manvel Xaçatryan, türkiyəli Kərəm Kamal və bolqarıstanlı Semen Novikovu sınağa çəkəcəklər.
Bu gün mübarizəyə qoşulan Azərbaycanın digər yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kiloqram) 1/8 finalda türkiyəli Ahmet Yılmaza, Beka Kandelaki (130 kiloqram) 1/4 finalda eyni ölkənin digər təmsilçisi Hamza Bakıra məğlub olub.
Bu gün, həmçinin Jalə Əliyeva (57 kiloqram) bürünc medal uğrunda qarşılaşmada finlandiyalı Cenna Hemyae ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kiloqram) qızıl, Osman Nurməhəmmədov (92 kiloqram) gümüş, İslam Bazarqanov (57 kiloqram), Əli Rəhimzadə (65 kiloqram) və Kənan Heybətov (70 kiloqram) bürünc mükafata sahib çıxıblar.
Avropa çempionatına aprelin 13-də yekun vurulacaq.
Bakıda bədii gimnastika üzrə Dünya...
“Prezident Kuboku-2025”: Füzuli...
Bu gün kişi voleybolçular arasında...
Bakıda bədii gimnastika üzrə Dünya...
Bakıda şahmat üzrə “Çempionların savaşı”...