15 aprel 2025, çərşənbə axşamı Bakı, 11°C
IMG-LOGO

ƏƏSMN-in rəqəmsal layihələri və DOST RİM daha 3 beynəlxalq mükafata layiq görülüb

11-04-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “e-sosial” portalı və proaktiv xidmət mexanizmləri, nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) fəaliyyəti Böyük Britaniyanın “Global Banking & Finance Review” beynəlxalq qurumunun “Global Banking & Finance Awards” müsabiqəsində 3 kateqoriya üzrə mükafatlara layiq görülüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “e-sosial” portalı ən yaxşı rəqəmsal hökumət platforması, proaktiv xidmət mexanizmləri innovasiyada mükəmməllik, DOST RİM isə ən yaxşı İT idarəetmə komandası nominasiyalarında qalib olublar.

Qeyd edək ki, müsabiqədə ABŞ, Səudiyyə Ərəbistanı, Sinqapur, Malayziya, Türkiyə və digər bir çox ölkələr təmsil olunub.

Paylaş: